Oruc Musayev vəfat etdi
2023-10-23 19:09:18
Azərbaycanlı lüğətşünas alim, ingilis dili mütəxəssisi, filologiya elmləri doktoru, professor Oruc Musayev 94 yaşında vəfat edib.
Alim bu gün dünyasını dəyişib.
Qeyd edək ki, O.Musayev 1929-cu ildə indiki Şəmkir rayonunun Dəlləkli kəndində anadan olub.
Uzun illər ADU-da, daha sonra AMEA Nəsimi adına Dilçilik İnstitutunda Hind-Avropa dilləri şöbəsinin müdiri vəzifəsində çalışıb. \\Qaynarinfo