📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ötən ay 32 klinikada yoxlama aparılıb

2026-06-01 15:22:10

Ötən ay 32 klinikada yoxlama aparılıb

May ayında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 32 yoxlama aparılıb.

Mərkəzdən bildirilib ki, bunlardan 14-ü planlı, 18-i isə plandankənar yoxlama olub.

Məlumata görə, planlı yoxlamalar zamanı 13, plandankənar yoxlamalar zamanı isə 20 inzibati xəta haqqında protokol tərtib edilib.

Qeyd olunub ki, plastik cərrahiyyə fəaliyyəti ilə bağlı hər hansı inzibati xəta haqqında protokol tərtib edilməyib.