📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Özündən 36 yaş kiçik qonşusunu armaturla döydü

2026-07-07 12:38:23

Özündən 36 yaş kiçik qonşusunu armaturla döydü

Daşkəsən rayonunda azyaşlıya qarşı ağır xəsarətlə nəticələnən döyülmə faktı qeydə alınıb.

Hadisə rayonun Zivlən kəndində baş verib.

Kənd sakini, 14 yaşlı yeniyetmə Ö.İ. (ad şərtidir) baş nahiyəsindən aldığı ağır kəllə-beyin travması ilə Gəncə şəhərindəki 3 nömrəli xəstəxanaya yerləşdirilib. Müayinə zamanı yeniyetmənin başında iki ağır zərbə izi və sol qulağında açıq yara aşkarlanıb. Hazırda yaralıya zəruri tibbi yardım göstərilir, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, yeniyetməni qonşusu, 50 yaşlı Zöhrab İmanov döyüb. Onların arasında yaranan mübahisə zamanı Z.İmanov armaturla yeniyetmənin başına iki, sol qulağına isə bir zərbə endirib./Qafqazinfo