📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Parçalanmış CHP-ni leqallaşdırmağa çalışırlar” - Dövlət Baxçalı

2026-06-02 12:32:56

“Parçalanmış CHP-ni leqallaşdırmağa çalışırlar” - Dövlət Baxçalı

Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ana müxalifət partiyası olan Cumhuriyət Xalq Partiyası (CHP) daxilindəki parçalanma, qarşlıqlı ittihamlar və tərəflər arasındakı məhkəmə çəkişmələrinə dair sərt bəyanatlarla çıxış edib. Baxçalı CHP rəhbərliyinin addımlarını Türkiyə demokratiyasına təhlid adlandırıb.

“AzPolitika” xəbər verir ki, partiyasının toplantısında danışan MHP lideri müxalifət düşərgəsindəki gərginliyin ölkə siyasətinə mənfi təsir etdiyini vurğulayıb.

MHP lideri ana müxalifətin daxili böhran içində olduğunu bildirib: "CHP-də yaşanan proseslər bu partiyanın korporativ kimliyinə yaraşmayan bir səviyyədən demokratiyamıza zərər vuran bir nöqtəyə doğru irəliləyir. Gözləntimiz odur ki, cəmiyyətdəki sabitliyi və əmin-amanlığı pozacaq hərəkətlərdən qaçınılsın, cəmiyyəti parçalayan dil və üslubdan istifadə edilməsin".

Türkiyə siyasətinin zəiflədilməsinə göz yummayacaqlarını deyən partiya sədri vurğulayıb: "Türk siyasətinin və demokratiyasının aşınmasına icazə verilməməlidir. Gəldiyimiz nöqtədə parçalanmış bir CHP-nin qanuniləşdirilməsinə cəhd edildiyinin şahidi oluruq".

Məhkəmə prosesinin uzanmasının gərginliyi artırdığını qeyd edən Baxçalı, əlaqədar qurumları operativ olmağa çağırıb: "Məhkəmə qərarından apellyasiya instansiyası olan Ali Məhkəmə (Yargıtay) məsələnin həssaslığını nəzərə alaraq, bu etirazla bağlı qərarını tez bir zamanda verməlidir. Türkiyə siyasətinin və demokratiyasının hırpalanmasına göz yumulmamalıdır".