PAŞİNYAN GEDİR... - “Gallup” seçkidə gözlənilən nəticələri açıqladı
ABŞ-nin nüfuzli sorğu mərkəzi hakim partiyanın 28,8%, dörd müxalif qüvvəsinin isə birlikdə 41,5% səs toplaya biləcəyini elan etdi
Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” partiyası üçün əsas risk 50 faizdən çox səs toplaya bilməməkdir. Bu isə təkcə seçki nəticəsi deyil, bütövlükdə hakimiyyətin taleyini müəyyən edə biləcək kritik hədd hesab olunur.
Əgər seçkilər bu bazar günü keçirilsəydi, sorğuda iştirak edənlərin 28,8%-i hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu bildirib. “Güclü Ermənistan” blokuna 14,9%, “Ermənistan” blokuna 12,1%, “Çiçəklənən Ermənistan” partiyasına 8,7%, “Birlik Qanadları” partiyasına isə 5,8% dəstək ifadə olunub.
"AzPolitika" "musavat.com"-a istinadən xəbər verir ki, bu barədə mayın 22-də jurnalistlərlə görüşdə “Gallup International Association” təşkilatının Ermənistandakı nümayəndəliyinin rəhbəri Aram Navasardyan sorğunun nəticələrini təqdim edərkən bildirib.
Beləliklə, parlamentə keçid baryerini aşan dörd müxalif qüvvə birlikdə 41,5% səs toplaya bilər, halbuki hakim partiyanın göstəricisi 28,8%-dir.