📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan parlament seçkilərində səs verdi

2026-06-07 11:52:40

Paşinyan parlament seçkilərində səs verdi

Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərində səs verib.

Modern.az-ın məlumatına görə, Ermənistan hökumətinin başçısı səhər saatlarında İrəvanın Şenqavit rayonundakı seçki məntəqəsinə gəlib.

Qeyd edək ki, parlament seçkilərində on səkkiz siyasi qüvvə - 16 partiya və iki partiya bloku iştirak edir. Ölkə üzrə 2 000-dən çox seçki məntəqəsi açılıb.

Partiyalar üçün seçki həddi 4 %, iki və ya üç partiyadan ibarət bloklar üçün 8 %, dörd və ya daha çox partiyadan ibarət birliklər üçün isə 10 % təşkil edir. Qanunla minimum seçici fəallığı həddi nəzərdə tutulmayıb.