📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Paşinyan Rusiyaya söz verdi: “Sadiq qalmışıq"

2026-07-06 19:34:39

Paşinyan Rusiyaya söz verdi: “Sadiq qalmışıq

Rusiyanın Yekaterinburq şəhərinə işgüzar səfərə gedən Ermənistanın Baş naziri Nikol Paşinyan rusiyalı həmkarı Mixail Mişustinlə görüşüb.

Musavat.com-un məlumatına görə, “İnnoprom-2026” beynəlxalq sənaye sərgisi çərçivəsində keçiriləcək “Sənaye 360: Sərhədsiz İstehsal” adlı plenar iclasda iştirak etmək üçün Rusiyaya səfər edən Nikol Paşinyanla Rusiyanın baş naziri Mixail Mişustinlə görüş zamanı bildirib ki, Ermənistan Rusiya ilə münasibətlərin daha da inkişafında maraqlıdır. “Həm seçkilərdən əvvəl, həm də sonra biz Rusiya ilə münasibətlərimizin daha da inkişaf etdirilməsinə sadiq qalmışıq", - deyə Ermənistanın baş naziri əlavə edib.