Pavel Durov Parisdə yenidən dindirilib
“Telegram”ın sahibi Pavel Durov Parisdə altı saatdan çox müstəntiqlərin suallarını cavablandırıb.
Hurriyyet.info xarici mediaya istinadla xəbər verir ki, Fransa hakimiyyəti “Telegram” vasitəsilə törədilmiş ola biləcək cinayətləri araşdırır.
Milyarderin müdafiəsi bildirib ki, Pavel Durova rəsmi ittiham irəli sürülməsindən təxminən iki il keçməsinə baxmayaraq, iddiaları dəstəkləyən heç bir dəlil yoxdur. Durovun vəkilləri artıq Fransa və Avropa məhkəmələrinə apelyasiya şikayəti veriblər.
Bildiririlir ki, bu, Durovun 2024-cü ildən bəri Fransada dördüncü dindirilməsidir. İş adamı Le Bourget hava limanında Telegram-da qanunsuz fəaliyyətlə bağlı altı ittihamla saxlanılıb. Bunlara mütəşəkkil cinayətkarlığa kömək etmək və qadağan olunmuş məzmunu yaymaq daxil idi. Fransa tərəfi hesab edir ki, mesajlaşma tətbiqi məzmunu kifayət qədər izləmir və kəşfiyyat orqanları ilə əməkdaşlıq etmək istəmir.