📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pəncələri yaralı xilasedici it 5 nəfəri dağıntılar altından ÇIXARDI - FOTO

2023-02-11 23:38:00

Pəncələri yaralı xilasedici it 5 nəfəri dağıntılar altından ÇIXARDI - FOTO

Xilasedici it pəncələrinin yaralı olmasına baxmayaraq 5 nəfəri dağıntılar altından çıxarıb.

Hurriyyet.Az xəbər verir ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra xilasetmə işlərinə itlər də cəlb olunub.

Zəlzələdən 6 gün keçməsinə baxmayaraq sağ qalanların axtarışı davam edir.

Axtarış-xilasetmə işlərinə cəlb olunmuş it xarabalıqlardakı fraqmentlərin üzərində pəncələrini kəsib.

İtə yardım edən xilasedicilər onun pəncələrini sarğı və adi lentlə bağlamalı olub. Bundan sonra dördayaqlı xilasedici insanların axtarışını davam etdirib və 5 nəfəri dağıntılar altından çıxarıb.

 

KONKRET.az