Penitensiar Xidmətdən Məhkumlarla bağlı növbəti humanist addım
2023-10-25 11:23:08
Məhkumlar məzuniyyətə buraxılıb.
Hurriyyet.az xəbər verir ki, Ədliyyə Nazirliyi - Penitensiar Xidmətin rəhbərliyi tərəfindən cəzaçəkmə müəssisələrində saxlanılan məhkumlarla bağlı növbəti hümanist addım atılmışdır.
Belə ki, 8 nəfər məhkum sərbəst şəkildə bir neçə günlüyə - qısamüddətli evə buraxılıblar. Məhkumlar 7-8 gün ailə üzvləri ilə birgə qaldıqdan sonra hər biri saxlandıqları cəzaçəkmə müəssisələrinə qayıtmışlar.
Məlumatımıza əsasən, bugünə kimi 8 nəfər məhkum ailə üzvləri ilə görüşmüşlər.
Xəbəri Ədliyyə Nazirliyi - Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi təsdiqləyib.
Azmedia.info.az