Peruda güclü zəlzələ oldu
2026-07-14 19:13:57
Peruda 5.3 maqnitudalı zəlzələ baş verib.
Hurriyyet.info xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, seysmik hadisənin episentri təxminən 312 min əhalisi olan Kusko şəhərindən 131 kilometr cənub-şərq istiqamətində qeydə alınıb.
Zəlzələnin ocağı 103 kilometr dərinlikdə yerləşib.
İtki və dağıntı barədə məlumat verilməyib.