📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Pərvin Abışova və Sevil Mövsümova saxlanıldı

2026-06-05 12:43:31

Pərvin Abışova və Sevil Mövsümova saxlanıldı

Sosial şəbəkələrdə "jurnalist adı altında reketlik etmək"də ittiham olunan bir neçə şəxsin saxlanılması ilə bağlı paylaşım yayılıb.

Hurriyyet.info Musavat.com-a istinadla xəbər verir ki, paylaşımda Pərvin Abışova, İfadə Cəfərzadə və Sevil Mövsümova barəsində çoxsaylı şikayətlər əsasında tədbir görüldüyü iddia olunur.

Bildirilib ki, onlar Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə – dəfələrlə şantaj yolu ilə pul tələb etmə ittihamı əsasında Nəsimi Rayon Polis İdarəsi tərəfindən saxlanılıblar.

İddialara görə, adıçəkilən şəxslər barəsində məcburi gətirilmə qərarı tətbiq edilib və onların məhkəmə qarşısına çıxarılacağı qeyd olunur.

Hazırda məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən açıqlama verilməyib. İddiaların doğruluğu ilə bağlı hüquq-mühafizə orqanlarının mövqeyi gözlənilir.