Pərviz Şahbazov: "Azərbaycan enerji resurslarının təhlükəsiz tədarükünü həyata keçirən azsaylı ölkələrdən biridir"
2026-06-01 14:20:26
Hazırda enerji sahəsində əsas amil resursların təhlükəsiz tədarüküdür və Azərbaycan bunu həyata keçirən azsaylı ölkələrdən biridir.
Hurriyyet.info xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov 31-ci Bakı Enerji Forumunda bildirib.
Onun sözlərinə görə, Hörmüz böhranı, qlobal və neft və mayeləşdirilmiş təbii qazın (LNG) beşdə birinin təchizatının pozulması enerji tədarkünün əhəmiyyətini artırıb: "Bu qeyri-müəyyənlik Azərbaycanın əhəmiyyətini artırır. Biz Xəzər dənizini əsas fəalliyyət gücünə çeviririk".