📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peşə təhsilində islahat: İxtisasların sayı 250-yə endirilə bilər

2026-07-13 19:11:52

Peşə təhsilində islahat: İxtisasların sayı 250-yə endirilə bilər

“Peşə təhsili üzrə ixtisasların mövcud təsnifatı 800-dən artıq ixtisası əhatə edir. Həmin təsnifatın dəyişdirilməsi zərurəti yaranıb. Əmək bazarında baş verən dəyişikliklər yeni peşə təhsili təsnifatının layihəsinin hazırlanmasını zəruri edib”.

Hurriyyet.info xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı keçirilən görüşdə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ixtisasların təsnifatının yenilənməsi nəzərdə tutulur.

“Tamamilə yenilənmiş peşə təhsili təsnifatı müzakirəyə təqdim olunub. Ümumilikdə 250-yə yaxın ixtisas qeyd edilib. İxtisasların seçilməsi əmək bazarının tələbləri əsasında aparılacaq. Cari ilin sonunda peşə təhsili üzrə ixtisasların yeni təsnifatı hökumət tərəfindən təsdiqlənə bilər”.