📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskovdan AÇIQLAMA: ABŞ İran məsələsindən sonra Ukraynaya qayıdacaq

2026-07-15 16:47:49

Peskovdan AÇIQLAMA: ABŞ İran məsələsindən sonra Ukraynaya qayıdacaq

Kreml rabitə kanalları vasitəsilə ABŞ-ın İran ətrafındakı vəziyyət nizamlandıqdan sonra Ukrayna istiqamətində işi davam etdirməyə hazır olduğuna dair siqnallar alır.

Hurriyyet.info  məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Rusiya liderinin sözçüsü bəyanatında regiondakı mövcud geosiyasi gərginliyə və digər mühüm mövzulara toxunub.

Peskov Litvanın "Rusiyanın Baltikyanı ölkələrin infrastrukturuna hücum planları" ilə bağlı narahatlıqlarını növbəti "qorxu nağılı" adlandırıb.

Onun sözlərinə görə, Baltikyanı ölkələr regiona daha çox NATO infrastrukturu cəlb etmək məqsədilə öz əhalisini süni şəkildə "Rusiya təhlükəsi" ilə qorxudur.

Eyni zamanda, Kreml rəsmisi qeyd edib ki, hazırda Fars körfəzi zonasında vəziyyətin yenidən gərginləşməsi fonunda ABŞ-ın diqqəti Ukrayna nizamlanmasına yönəlməyib.

Kremlin rəsmi nümayəndəsi körfəzdəki vəziyyətin sabitlikdən uzaq olmasından və yenidən deqradasiya mərhələsinə keçməsindən təəssüfləndiklərini vurğulayıb.

Sanksiyalar məsələsinə toxunan Peskov rəsmi Moskvanın ABŞ-ın Rusiyaya qarşı sanksiyalarla bağlı bəyanatlarını diqqətlə izlədiyini və təhlil etdiyini bildirib.

Mətbuat katibi həmçinin Rusiyanın Serbiya Prezidenti Aleksandr Vuçiç vasitəsilə Ukrayna Prezidenti Volodimir Zelenskiyə hər hansı bir ismarış və ya mesaj göndərmədiyini diqqətə çatdırıb.