📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Peskovdan Azərbaycanla bağlı gözlənilməz açıqlama: "Mövqeyimiz tam fərqlidir, lakin..."

2026-07-14 16:16:45

Peskovdan Azərbaycanla bağlı gözlənilməz açıqlama:

Rusiya və Azərbaycan Ukraynadakı vəziyyətə həqiqətən də fərqli yanaşırlar, lakin Moskva ikitərəfli münasibətləri bu qiymətləndirmələrlə əlaqələndirməyi vacib hesab etmir.

Hurriyyet.info xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

"Bizimlə yaxın münasibətləri olan və bu cür mövqeyi – bizim qətiyyən razılaşmadığımız mövqeyi bölüşən bir sıra dövlətlər mövcuddur. Bəli, bu, fikir ayrılıqlarımızın mövzusudur", - deyə o qeyd edib.

Bununla belə, Kremlin rəsmisi bildirib ki, bu məsələ ikitərəfli münasibətlərə hər hansı bir kölgə salmaq üçün səbəb deyil və Rusiya tərəfi bu məsələdə praqmatik yanaşmaya sadiqdir.