📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib

2026-07-14 14:39:10

PFL Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirib

Peşəkar Futbol Liqasının (PFL) təşkilatçılığı ilə idman jurnalistləri arasında 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş intellektual yarış keçirilib.

Hurriyyet.info xəbər verir ki, ənənə halını almış turnir 5-ci dəfə baş tutub.

Budəfəki yarışda 80-ə yaxın media nümayəndəsi iştirak edib. Komandalara Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə iştirak edəcək 12 klubun adları verilib. Yekunda "Şamaxı" komandası qalib, "Sabah" ikinci, "Kəpəz" üçüncü olub.

Tədbirin sonunda "Şamaxı" komandasına medallar və kubok təqdim edilib. Həm qaliblər, həm də ikinci və üçüncü yerlərin sahibləri pul mükafatına layiq görülüb. Yarışın xanım iştirakçılarına xüsusi hədiyyələr, eyni zamanda Azərbaycan Kuboku mövzusunda suallara ən yaxşı cavab verən 4 komandanın üzvlərinə xatirə mükafatları verilib.