Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB
2023-04-28 19:10:00
Sosial şəbəkələrdə polis əməkdaşlarının əhalidən pul yığmasına dair iddialar dolaşır.
Hurriyyet.Az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məsələyə münasibət bildirib.
E.Hacıyevin sözlərinə görə, bu məsələdə məcburiyyət yoxdur: “Polis əməkdaşları tərəfindən profilaktik məqsədli olaraq sakinlərlə iş aparılır ki, yaşayış binalarında kameralaşmaya üstünlük verilsin. Məcburiyyət yoxdur. Əlbəttə, razılaşmayanlar var. Hər bir halda bu iş davam etdirilir”. \\Oxu.az