📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polisə tabe olmayıb, canlı yayım açan sürücü həbs edildi

2026-06-03 22:39:21

Polisə tabe olmayıb, canlı yayım açan sürücü həbs edildi

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb.
Hurriyyet.info xəbər verir ki, axtarışda olan, atasına məxsus "Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.