📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Polkovnik Səttar Manafov vəfat etdi

2026-07-19 14:11:59

Polkovnik Səttar Manafov vəfat etdi

Ehtiyatda olan 1-ci dərəcəli kapitan (polkovnik) Manafov Səttar Qəzənfər oğlu vəfat edib.

Hurriyyet.info "Unikal"a istinadən verdiyi məlumata görə, o, 40 ilə yaxın Hərbi Dəniz Qüvvələrində müxtəlif vəzifələrdə xidmət edib.

Qeyd edək ki, Səttar Manafov Hərbi Dəniz Qüvvələrində xidmət etməklə yanaşı, Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində kafedra müdiri və Təlim-Tədris Mərkəzinin rəisi vəzifələrində çalışıb.

O, həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısı olub.

Mərhum doğulduğu Neftçala şəhərində dəfn edilib.