Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamının avtomobili çaydan tapıldı
2026-07-17 11:41:46
Polşada müəmmalı şəkildə yoxa çıxan azərbaycanlı iş adamı Rabit Bakıyevin avtomobili çaydan tapılıb.
Bu barədə onun yaxınları 24News.ge portalına açıqlama veriblər.
Məlumata görə, Polşanın Kostrzyn şəhərində ötən ilin fevral ayından itkin düşən, Gürcüstanın Marneuli bələdiyyəsinin Algeti kənd sakini, 38 yaşlı Rabit Bakıyevin idarə etdiyi avtomobil çayda aşkar edilib.
Qeyd edək ki, Rabit Bakıyev ötən ilin fevral ayında evdən işə getmək adı ilə çıxıb və həmin vaxtdan etibarən ondan heç bir xəbər alınmayıb./Oxu.Az