Polşaya işləməyə gedən azərbaycanlı oğlan göldə boğuldu - FOTO
2026-07-06 10:29:14
Gürcüstan vətəndaşı olan azərbaycanlı oğlan faciəvi şəkildə həyatını itirib.
Hurriyyet.info xəbər verir ki, Bolnisi rayonunun Ayorta kənd sakini olan 28 yaşlı Fərman Xəlilov Polşada göldə çimərkən boğularaq dünyasını dəyişib.
Bildirilib ki, Fərman Xəlilov işləmək məqsədilə bir müddət əvvəl Polşaya gedibmiş.
