📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident Məşğulluq Strategiyası ilə bağlı Sərəncam imzaladı

2026-07-20 14:27:30

Prezident Məşğulluq Strategiyası ilə bağlı Sərəncam imzaladı

Azərbaycan Prezidenti İlham Əliyev “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

Hurriyyet.info xəbər verir ki, Sərəncam ölkədə məşğulluq imkanlarının genişləndirilməsi və növbəti beşillik strateji hədəflərin icrasını təmin etmək məqsədi daşıyır.

Sərəncamla təsdiq edilmiş Tədbirlər Planının icrasının əlaqələndirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) tapşırılıb.

Nazirlik sənədin icra gedişi barədə ildə bir dəfə dövlət başçısına məlumat təqdim edəcək.

Sərəncama əsasən, Tədbirlər Planının monitorinqi və qiymətləndirilməsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcək. Nazirlər Kabinetinə isə sənəddən irəli gələn digər məsələləri həll etmək tapşırılıb.