Prezident Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib
2026-06-01 15:00:04
Qurban Səidoviç Qurbanov “Dostluq” ordeni ilə təltif edilib.
APA xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən Qurban Qurbanov Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Dağıstan Respublikası arasında humanitar, o cümlədən təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub.