📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident təyyarəsinin sirri böyüyür: vəziyyət qarışdı

2026-07-12 12:34:54

Prezident təyyarəsinin sirri böyüyür: vəziyyət qarışdı

ABŞ-də Ağ Evlə media arasında gərginlik yeni mərhələyə keçib.

Hurriyyet.info  xəbər verir ki, The New York Times qəzetinin yaydığı məlumata görə, Tramp administrasiyası "Air Force One" aviaparkına yeni daxil edilən, Qətərdən gətirilmiş VC-25B təyyarəsi ilə bağlı təhlükəsizlik problemlərini işıqlandıran materiallardan sonra bir neçə jurnalistə böyük münsiflər heyətinin dinləmələrində iştirak etmələri üçün məhkəmə çağırışı göndərib.

Qəzetin məlumatına əsasən, bəzi jurnalistlərə çağırış vərəqələri federal agentlər tərəfindən birbaşa yaşadıqları ünvanlarda təqdim olunub. Onların gələn həftə federal böyük münsiflər heyəti qarşısında ifadə vermələri nəzərdə tutulur. Bu proses məlumat sızması ilə bağlı aparıldığı ehtimal olunan istintaq çərçivəsində həyata keçirilir.

Mübahisəyə səbəb olan məqalələrdə bildirilirdi ki, Prezident Tramp Türkiyədən uçuşunu ABŞ Məxfi Xidmətinin tövsiyəsi ilə köhnə VC-25A təyyarəsində həyata keçirib. Həmçinin qeyd olunurdu ki, yeni VC-25B təyyarəsi köhnə VC-25A və tam təchiz edilmiş yeni VC-25B modellərində mövcud olan bəzi müdafiə imkanlarına malik olmaya bilər.

The New York Times administrasiyanın bu addımını jurnalistləri qorxutmaq cəhdi kimi qiymətləndirib və məhkəmə çağırışlarına hüquqi qaydada etiraz edəcəyini açıqlayıb.