📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezident və xanımı WUF13-ün açılış mərasimində iştirak ediblər

2026-05-18 16:13:46

Prezident və xanımı WUF13-ün açılış mərasimində iştirak ediblər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində iştirak ediblər.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin sosial media hesablarında paylaşım edilib.

Tədbirdə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hazırlanmış və WUF13-ün açılışına həsr olunmuş videoçarx nümayiş etdirilib, həmçinin mədəni proqram təqdim olunub.

Açılış mərasimində Prezident İlham Əliyev çıxış edib.

Daha sonra BMT-nin Baş katibi Antonio Quterreşin və BMT Baş Assambleyasının prezidenti Annalena Berbokun tədbir iştirakçılarına videomüraciətləri nümayiş olunub.

Həmçinin BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minqin və UN-Habitat-ın icraçı direktoru Anaklaudia Rossbaxın çıxışları dinlənilib.