Prezidentdən Asim Mollazadə ilə bağlı SƏRƏNCAM
2023-06-06 22:01:00
Asim Mollazadə "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Asim Nazim oğlu Mollazadə 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.