📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prezidentdən Rauf Arifoğlu ilə bağlı sərəncam

2026-07-22 15:30:32

Prezidentdən Rauf Arifoğlu ilə bağlı sərəncam

Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Publika.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla R.Arifoğlu bu mükafata media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, sabah "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 yaşı tamam olur.