📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Prokuror Anar Məmmədli və Anar Abdullayevə cəza istəyib

2026-07-24 12:51:17

Prokuror Anar Məmmədli və Anar Abdullayevə cəza istəyib

Dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 14 il, onunla birgə ittiham olunan Anar Abdullayevin isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hurriyyet.info - nun  məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

İclas tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı da öz növbəsində çıxış edib.

Məhkəmənin növbəti iclası avqustun 7-nə təyin olunub.

Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Anar Abdullayev isə aprelin 8-də iş üzrə təqsirli bilinib və barəsində məhkəməyədək polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Onlar Cinayət Məcəlləsinin 192.3.2-ci, 193-1.3.1, 193-1.3.2, 206.4, 213.2.1, 320.1 və 320.2-ci maddələri ilə ittiham olunurlar.