📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Putindən Azərbaycanla bağlı açıqlama

2026-06-05 10:15:14

Putindən Azərbaycanla bağlı açıqlama

Rusiya və Azərbaycan münasibətləri həmişə çox yaxşı olub, və belə də qalmaqda davam edir.

Hurriyyet.info  TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Prezidenti Vladimir Putin dünyanın aparıcı informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

"Rusiya Federasiyası və Azərbaycanın münasibətlərini çox yaxşı qiymətləndirirəm. Bizim Azərbaycanla xoş münasibətlərimiz həmişə olub və indi də belədir. Həm iqtisadiyyatda, həm də siyasi sahədə. Biz bir neçə il əvvəl qarşılıqlı fəaliyyət haqqında bəyannamə imzaladıq. Bu münasibətlər beləcə inkişaf edir", - Rusiya lideri qeyd edib.

Rusiya dövlət başçısı iqtisadi və humanitar əməkdaşlığın rəqəmlərini də açıqlayıb və tezliklə İlham Əliyevlə yeni görüşünün baş tutacağını elan edib: “Azərbaycanla Rusiya arasında münasibətləri yaxşı qiymətləndirirəm. Həm siyasi, həm də iqtisadi baxımdan həmişə yaxşı münasibətlərimiz olub. Azərbaycan iqtisadiyyatına 10 milyard rubldan çox Rusiya investisiyası qoymuşuq. Humanitar məsələlərdə sıx əməkdaşlığımız var. Moskva Rusiyanın humanitar yardımlarının İrana çatdırılması prosesində göstərdiyi logistik dəstəyə və köməkliyə görə Prezident İlham Əliyevə xüsusi minnətdardır”.