📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qadın müğənni qətlə yetirildi, meyiti kanala atıldı

2026-05-21 15:46:51

Qadın müğənni qətlə yetirildi, meyiti kanala atıldı

Hindistanda məşhur müğənni İnder Kaurun meyiti Ludhiana yaxınlığındakı kanalda tapılıb.

İnder Kaur kimi tanınan 29 yaşlı Yaşinder Kaurun qalıqları mayın 19-da Ludhiana şəhəri yaxınlığındakı kanalda aşkarlanıb.

Məlumata görə, müğənni mayın 13-də avtomobillə ərzaq almağa gedib. Kaur geri qayıtmadığı və telefonu sönülü olduğu üçün axtarışlara başlanılıb.

İstintaq hesab edir ki, naməlum şəxslər məşhur sənətçini qaçıraraq qətlə yetiriblər. İş materiallarında həmçinin qeyd olunur ki, kiminsə Kauru onun iradəsi əleyhinə özünə həyat yoldaşı etmək istədiyi barədə məlumat var./lent.az/