📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qalatasaray”4 futbolçu ilə yollarını ayırır

2026-07-18 20:28:29

“Qalatasaray”4 futbolçu ilə yollarını ayırır

Superliqa klublarından “Qalatasaray”da baş məşqçi Okan Burukun yeni mövsüm üçün planlarına daxil etmədiyi futbolçular müəyyənləşib.

Modern.az xəbər verir ki, Viktor Nelsson, Elias Yelert, Halil Dervişoğlu və Metehan Baltacının adları Türkiyə Futbol Federasiyasına təqdim olunan siyahıda yer almayıb.

İstanbul klubu sözügedən 4 futbolçu üçün lisenziya sifariş etməyib. Onların yaxın vaxtlarda komandadan ayrılacağı gözlənilir.

Qeyd edək ki, bu oyunçuların hamısı ötən mövsümü icarə əsasında fərqli klublarda keçirib və mövsüm başa çatdıqdan sonra “Qalatasaray”a qayıdıblar.