📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qar yağacaq, leysan olacaq - Xəbərdarlıq

2023-05-01 21:47:00

Qar yağacaq, leysan olacaq - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 2-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Mayın 01-i axşam, 2-3-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Bu barədə Hurriyyet.Az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Azərbaycanın rayonlarında mayın 4-ü axşamadək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.