📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ müharibəsi iştirakçısı özünə qəsd etmək istədi

2023-05-01 22:12:00

Qarabağ müharibəsi iştirakçısı özünə qəsd etmək istədi

Qarabağ müharibəsi iştirakçısı Kür çayı üzərindəki körpüdən özünü çaya atıb intihar etmək istədi , ətrafdakılar və polis faciənin qarşısını aldı.

Hurriyyet.Az bildirir ki, Azmedia.az-ın məlumatına görə,  hadisə axşam saatlarında Mingəçevirdə , Kür çayı üzərindən keçən nəqliyyat körpüsündə baş verib.

İlkin məlumata görə Birinci Qarabağ müharibəsi qazisi İsmayıl Ağalızadə hələki məlum olmayan səbəbdən özünü  çaya ataraq intihar etmək istəyib.

Ətrafda dolaşan insanların və polisin müdaxiləsi faciənin qarşısını alıb.

Faktla bağlı araşdırma aparılır.

 

Ehtiram Muradov