📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

2026-05-18 10:18:14

Qarabağ müharibəsinin daha bir itkin-şəhidi dəfn olunacaq

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Hərbçi itkin-şəhid Piriyev Rəşadət Əli oğlu mayın 22-də Bərdə rayonu Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq.