📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ" "Sabah"ın futbolçusu ilə maraqlanır

2026-05-23 19:49:25

"Qarabağ" səs-küylü gedişlərindən birini etməyə hazırlaşır.

Çempionluq yarışında uğursuzluqla üzləşən Ağdam təmsilçisi növbəti mövsüm üçün heyəti gücləndirməklə yanaşı, birbaşa rəqiblərini zəiflətmək də istəyir.

Onlar "Sabah"ın aparıcı ulduzlarından olan Coy-Lens Mikelsi hədəfə alıb. Ağdam klubu təcrübəli hücumçuya illik 550 min manat maaş təklif edib.

Hazırda tərəflər arasında danışıqların aktiv mərhələdə olduğu bildirilir.

Masazır təmsilçisi isə əsas silahını asanlıqla buraxmaq niyyətində deyil və futbolçunu komandada saxlamaq üçün yeni müqavilə şərtləri üzərində işləyir.  (pressing.az)