📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qarabağ"ın rəqibi Bakıya azarkeşsiz gələcək

2026-07-21 21:38:00

UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) komandası Bakıda keçiriləcək ilk oyunda azarkeşsiz qalacaq.

Oxu.Az xəbər verir ki, bu barədə UEFA-nın məlumatında deyilir.

Qeyd olunub ki, buna Avropa Liqasının I təsnifat mərhələsinin "Derri Siti" ilə cavab görüşündə bolqarıstanlı fanatların intizamsız davranışı səbəb olub.

Nəticədə UEFA Sofiya təmsilçisinin azarkeşlərinin növbəti səfər oyununda iştirakına qadağa qoyub.

Qeyd edək ki, "Qarabağ"la MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab qarşılaşması isə iyulun 30-da Sofiyada keçiriləcək.