📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qarabağlı "siyasətçi" aclıq aksiyasına başlayıb

2026-05-21 22:14:12

Qarabağlı

İrəvanda həbs olunan məhv olmuş qondarma rejimdə "partiya sədri" olmuş Artur Osipyanın saxlanıldığı gündən etibarən aclıq etdiyi bildirilir.

Hurriyyet.info xəbər verir ki, bu barədə Osipyanın vəkili David Ovannisyan məlumat verib.

Vəkilin sözlərinə görə, Osipyan saxlanıldığı andan etibarən yeməkdən imtina edib. O bildirib ki, aclıq aksiyası sağlamlığa ciddi zərər vurur və Artur Osipyanın əvvəldən mövcud olan sağlamlıq problemləri vəziyyəti daha da riskli edir.

Hazırda onun vəziyyəti barədə dəqiq məlumatın olmadığı qeyd olunur.

Məlumata görə, o, özünü siyasi məhbus hesab edir. Müdafiə tərəfi isə onun barəsində seçilmiş həbs qətimkan tədbirindən Apellyasiya Məhkəməsinə şikayət verməyə hazırlaşır.

Xatırladaq ki, Osipyan bir neçə gün öncə İrəvanda seçki kompaniyası zamanı Paşinyana qarşı aqressiv davranışına görə saxlanılmışdı.