📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qardaş ölkədə dəhşətli qəza: 8 nəfər öldü, onlarla yaralı var

2026-05-31 11:24:54

Qardaş ölkədə dəhşətli qəza: 8 nəfər öldü, onlarla yaralı var

Türkiyənin cənubundakı Dənizli vilayətində baş verən şəhərlərarası avtobus qəzasında 8 nəfər ölüb, 33 nəfər yaralanıb.

Musavat.com "TRT Haber"ə istinadən xəbər verir ki, avtobus İzmirdən Antalyaya gedirmiş.

Qəza Dənizli-Aydın avtomobil yolunda, Saraköy kəndi yaxınlığında baş verib və hələlik məlum olmayan səbəblərdən avtobus səkiyə çırpılaraq alovlanıb.

Hadisə yerinə təcili yardım maşınları, xilasetmə qrupları və yanğınsöndürənlər göndərilib. Polis hadisənin səbəbini və şəraitini araşdırır.

Avtobusda 37 Türkiyə vətəndaşı olub.