📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qatar Airways"in təyyarəsi Bakıya təcili eniş etdi

2026-07-06 22:41:25

"Qatar Airways" aviaşirkətinə məxsus Doha-Tbilisi marşrutu üzrə uçan QTR253 reysli təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Bu barədə Oxu.Az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib.

Bildirilib ki, hava gəmisinin komandiri təyinat məntəqəsi olan Tbilisidəki əlverişsiz hava şəraiti səbəbindən ehtiyat hava limanına eniş etmək qərarına gəlib.

"Airbus A320" tipli təyyarə yerli vaxtla saat 20:23-də Bakıda uğurla eniş edib. Heydər Əliyev Beynəlxalq Aeroportu hava gəmisinə müvafiq prosedurlara uyğun xidmət göstərib. Hava şəraiti normallaşdıqdan sonra təyyarə təyinat məntəqəsinə uçuşunu davam etdirəcək.