📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı

2026-07-09 10:14:18

Qax–Balakəndə sel: qatarların hərəkəti məhdudlaşdırıldı

Qax, Zaqatala və Balakən rayonlarında qeyri-sabit hava şəraiti və çaylardan sel keçməsi səbəbindən Qax–Balakən sahəsində dəmiryol infrastrukturuna ciddi zərər dəyib.

Hurriyyet.info  xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.

Məlumata görə, təhlükəsizlik məqsədilə həmin sahədə qatarların hərəkəti məhdudlaşdırılıb və bu gündən etibarən iyulun 20-dək Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Təhlükəsizlik tədbirlərinə uyğun olaraq iyulun 8-20-də Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək. Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.