📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

2026-07-09 18:38:28

Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO

Qazax şəhərinin mərkəzində qeyri-adi mənzərə müşahidə olunub.
Hurriyyet.info xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yerləşən hündür ağacları yüzlərlə ağ vağ quşunu yuvasına çevrilib.

Bununla bağlı Qazax sakinləri sosial şəbəkələrdə foto paylaşaraq bildiriblər ki, indiyədək şəhərdə belə kütləvi quş toplaşmasına rast gəlinməyib. Sakinlərin sözlərinə görə, əvvəllər şəhərdə əsasən qarğalar üstünlük təşkil edirdi. Lakin son vaxtlar qarğaların sayı nəzərəçarpacaq dərəcədə azalıb, əvəzində ağ vağların kütləvi şəkildə şəhərə axını müşahidə olunur.

"Nə səslərindən, nə də ətrafı çirkləndirmələrindən yer tapıb rahat istirahət edə bilmirik. Görünür, haradasa təbiətin balansı pozulub, ona görə də belə kütləvi artım baş verir", – deyə sakinlərdən biri paylaşımında qeyd edib.

Digər sosial media istifadəçiləri isə bu quşların qida rasionunda da dəyişiklik yarandığını iddia edirlər. Onların sözlərinə görə, ağ vağlar artıq meyvə, xüsusilə də üzüm yeməyə başlayıblar.

"Hələ üzüm mövsümü gəlsin, onda bağlara hücum edib-etməyəcəklərini görəcəyik", – deyə istifadəçilər yazıblar.

Qeyd edək ki, ağ vağlar əsasən göllər, çaylar, bataqlıqlar, qamışlıqlar və su anbarlarının sahillərində yaşayan su quşlarıdır. Azərbaycanda onlara daha çox Ağgöl və Qızılağac milli parklarında, eləcə də Kür və Araz çaylarının sahillərində rast gəlinir.

Bu quşlar əsasən balıq, qurbağa, xərçəngkimilər, həşəratlar və digər kiçik su canlıları ilə qidalanırlar. Uçarkən boyunlarını "S" formasında bükmələri onları leyləklərdən fərqləndirən əsas əlamətlərdən biridir.

quş.jpg (127 KB)