📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qazaxıstan nefti daşıyan iki tanker dron hücumuna məruz qaldı

2026-07-19 21:23:00

Qazaxıstan nefti daşıyan iki tanker dron hücumuna məruz qaldı

Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalında Qazaxıstan nefti daşıyan iki tanker pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Neftin yüklənməsi dayandırılıb, xəsarət alan yoxdur.

Konsorsiumun məlumatına görə, hücumun hədəfi Liberiya bayrağı altında üzən ASIA və Marşall adalarının bayrağı altında olan NISSOS IOS tankerləri olub.

Göyərtədə beynəlxalq heyətlər olub. Hücum nəticəsində ASIA tankerində yanğın baş verib. Qəza-xilasetmə qüvvələrinin cəlb edilməsi sayəsində yanğını söndürmək mümkün olub.

Neft sızması baş verməyib, hər iki tanker üzmə qabiliyyətini qoruyub saxlayıb. Hazırda mütəxəssislər dəymiş ziyanı qiymətləndirirlər.

Konsorsium baş verənləri məqsədyönlü terror hücumu adlandırıb və bəyan edib ki, bu, konsorsiumun mülki infrastrukturuna qarşı artıq beşinci birbaşa təcavüz hadisəsidir.

Xəzər Boru Kəməri Konsorsiumu Tengiz, Kaşağan və Karaçaqanak yataqlarından neft nəql edir. Xatırladaq ki, iyulun 17-də "Nordic Zenith" neft tankeri də PUA zərbələrinə məruz qalmışdı. Hücum zamanı gəmidə neft olmayıb.//Oxu.az