📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəhrəmanmaraşda yenidən güclü zəlzələ oldu

2023-03-23 14:30:00

Qəhrəmanmaraşda yenidən güclü zəlzələ oldu

Qəhrəmanmaraşda səhər saatlarında ard-arda 4,3 və 4,4 bal gücündə zəlzələ baş verib.

Hurriyyet.az xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Zəlzələlər yerli saatla 08:45 radələrində yerin 6,94 və 12,2 km dərinliyində meydana gəlib.

Bundan başqa Antakyada da 3,9 bal gücündə zəlzələ baş verib.

Tələfat və dağıntı qeydə alınmayıb.

***

Qəhrəmanmaraşın Göksun rayonunda 5,3 bal gücündə zəlzələ olub.

Məlumatı AFAD yayıb.

Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.