Qətlə yetirilən keçmiş polis əməkdaşının yaxınları danışdılar - VİDEO
2023-06-19 22:48:00
Biləsuvarda qətlə yetirilən keçmiş polisin qohumları danışıblar.
Onlar hadisənin müəmmalı şəkildə baş verdiyini qeyd ediblər.
“Domino oynadığı yerdə başından balta ilə vuraraq qaçıb. Müəmmalıdır, hadisənin səbəbi bilinmir”, - deyə qətlə yetirilənin qohumu Vilayət Əmirzadə bildirib.
Qeyd edək ki, hadisə rayonun 8 saylı qəsəbəsində baş verib. 1983-cü il təvəllüdlü Bayram Oruc oğlu Bayramov 1971-ci il təvəllüdlü Fəxrəddin Əli oğlu Həsənov tərəfindən kəsici alətlə qətlə yetirilib.
Daha ətraflı Baku TV-nin süjetində: