“Qışın ən çətin dövründə Azərbaycan bizə kömək etdi”
"Ötən qışın ən çətin dövründə Azərbaycan bizim dayanıqlığımıza əhəmiyyətli töhfə verdi. Azərbaycanlı tərəfdaşlarımız bizi generatorlar, transformatorlar, kabellər və digər həyati əhəmiyyətli avadanlıqlarla təmin etdi".
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin birinci müavini və Energetika naziri Denis Şmıqal 31-ci Bakı Enerji Forumundakı çıxışında deyib. O qeyd edib ki, Azərbaycan Ukraynaya çətin qışdan sağ çıxmaqda kömək edib.
"Tammiqyaslı hərbi əməliyyatların başlanğıcından bəri Azərbaycan Ukrayna üçün 11 enerji yardım paketi elan edib", - deyə Ukrayna Baş nazirinin müavini bildirib.
Şmıqal əlavə edib ki, Ukrayna bunun üçün əbədi olaraq minnətdardır: "Prezident İlham Əliyevə və Energetika naziri Pərviz Şahbazova minnətdarlığımızı bildirmək istərdik. Biz bu həmrəyliyi yüksək qiymətləndiririk və buna görə səmimi qəlbdən minnətdarıq".