Qubada baş vermiş qəzada xəsarət alanların VƏZİYYƏTİ AÇIQLANIB
Quba rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti məlum olub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib:
"Quba rayonunun Rustov kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə iyulun 4-də, saat 22 radələrində üç nəfər (2 kişi, 1 qadın) Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralılara müxtəlif nahiyələrin travmaları, qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrinin açıq yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1971-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində, vəziyyətləri orta ağır qiymətləndirilən 1938-ci il və 1970-ci il təvəllüdlü pasiyentlərin (kişi) müalicəsi isə Travmatologiya şöbəsində davam etdirilir".