QUBADA ƏMƏLİYYAT - Keçmiş məhkum 7 kq narkotiklə yaxalandı / FOTO
2026-07-20 12:21:38
Qubada 7 kiloqram marixuana aşkarlanıb.
Hurriyyet.info xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov saxlanılıb. Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.
