📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qurban Mənsimovun cənazəsi özəl təyyarə ilə Bakıya gətirilir

2023-06-21 10:05:00

Qurban Mənsimovun cənazəsi özəl təyyarə ilə Bakıya gətirilir

“Palmali Holding”in prezidenti Mübariz Mənsimovun ötən gün vəfat edən atası Qurban Mənsimovun cənazəsi bu gün Bakı vaxtı ilə saat 12:00-da özəl təyyarə ilə İstanbuldan Bakıya yola salınacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə M.Mənsimovun köməkçisi Fidan Quliyeva məlumat yayıb.

O bildirib ki, əvvəlcə, Bakıda ailə üzvlərinin və qohumlarının mərhumla vidalaşması üçün cənazə evə gətiriləcək, oradan isə qəbirstanlığa aparılacaq:

"Dəfn mərasimi bu gün saat 18:00-da Bakıda Keşlə qəbirstanlığında olacaq.

Qurban Mənsimov vəsiyyətinə uyğun olaraq, mərhum qızı Nüşabə xanımın məzarının yanında dəfn ediləcək".