📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Quzu əti 25 manata qalxdı - Paytaxt bazarlarında son vəziyyət

2026-07-17 18:14:49

Quzu əti 25 manata qalxdı - Paytaxt bazarlarında son vəziyyət

Bazarlarda satışa çıxarılan quzu ətinin qiyməti heyvanın çəkisi və növündən asılı olaraq dəyişir.

Hurriyyet.info Milli.Az-a istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, 17-20 kiloqramlıq quzuların əti əsasən 20-21 manata təklif olunur. Çəkisi 10-12 kiloqram olan əmlik quzuların əti isə daha baha satılır və qiyməti 23-25 manata qədər yüksəlir.

Qəssablar bildirirlər ki, əmlik quzular bazarda az tapıldığı üçün onlar adətən əvvəlcədən verilən sifariş əsasında gətirilərək kəsilir. Onların sözlərinə görə, bu növ ət daha yumşaq quruluşa və özünəməxsus dada malik olduğundan alıcılar tərəfindən daha çox üstünlük verilir. 

Qiymətlərdəki fərq istehlakçıların alış vərdişlərinə də təsir göstərib. Alıcılar deyirlər ki, əvvəlki illərlə müqayisədə indi eyni məbləğə daha az quzu əti almaq mümkündür. Xüsusilə əmlik quzu əti artıq hər kəs üçün əlçatan məhsul hesab edilmir.

Mütəxəssislər qeyd edirlər ki, son aylarda ölkəyə ət idxalının artması bazarda məhsul qıtlığının qarşısını alıb. Əks halda, yerli istehsaldan daha çox asılı olan quzu ətinin qiymətlərinin daha da yüksəlməsi ehtimalı yüksək olardı.